Çikaqo Opsion Birjası

Chicago Board Options Exchange (CBOE) Çikaqo opsion birjası səhmlərlə opsion sövdələşmələri üzrə ixtisaslaşmış birja. 1973-cü ildə yaradılmışdır və hazırda bu sahədə dünyanın ən böyük bazarıdır.
Çikaqo Əmtəə Birjası
Çin səddi
OBASTAN VİKİ
Çikaqo əmtəə birjası
Çikaqo əmtəə birjası (ing. Chicago Board of Trade) — dünyada ən böyük birja hesab olunur. 1848-ci ildə yaradılmışdır. Bu birjada fyuçers müqavilələrinin 37 və opsion müqavilələrinin 39 növü üzrə əməliyyat baş verir. 1998-ci ildə 218 mln fyuçers və 61 mln opsion müqavilələri bağlanılmışdır. Ticarətin əsas obyektlərinə daxildir: dənli (buğda, qarğıdalı, yulaf, soya paxlası), zeytun, yanacaq (neft, mazut, benzin), broyler, faner, qiymətli metallar (qızıl və gümüş), ABŞ-nin xəzinə biletləri və istiqraz vərəqələri, bələdiyyə istiqraz vərəqələri, səhm və istiqraz vərəqələrinin indeksləri. Bu 1975-ci ildə faizli fyuçerslərlə ticarətlə başlamış, hökumət ipoteka assosiasiyasının ipoteka sertifikatlarıüzrə müqavilələr, 1977-ci ildə isə ABŞ-nin dövlət borcunun istiqraz vərəqələri üzrə müddətli müüqavilələrin alğı-satqısını aparan birinci birja olmuşdur.
Opsion
Çikaqo
Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir. Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-də üçüncü şəhərdir. Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-də ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Call-opsion
Opsion müqaviləsi
Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir. Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur. Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var. Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər.
Put-opsion
Çikaqo (film)
Çikaqo (ing. Chicago) — Rejissor Rob Marşallın 2002-ci ildə eyniadlı müzikl əsasında yazdığı ssenariyə çəkilmiş musiqili, kriminal film. Film 2003-cü ildə ən yaxşı film nominasiyası da daxil olmaqla 13 nominasiyada Oskara namizəd göstərilmişdir. Oliver! filmindən bəri (1968) ən yaxşı film nominasiyasında oskar qazanmış ilk müzikldır. Filmdə hadisələr 1920-ci ildə Çikaqoda baş verir. Hekayənin baş qəhrəmanı — uzun müddətdir mexanik Eymslə evli olan lakin daha böyük iddilara — məşhur olmaq, kumiri olduğu ləçər primadonna Velma Kelli kimi səhnədə parlamaq istəyən — Çikaqo şəhərinin sakini Roksi Hartdır. Lakin Roksi arzularının əksinə olaraq hər günü evdə keçirməli və sadəlöhv Eymosun işdən qayıtmasını gözləməlidir. İnsanların arasına çıxmaq üçün Roksi, onun barəsində kabare sahibi olan dostuna deməyə söz verən mebel satıcısı Freyd Keysi ilə əlaqəyə girir. Əslində heç bir dost mövcud deyildi və Keysi onu ani intriqa üçün sadəcə aldadırmış.
Çikaqo Bullz
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Çikaqo Buls
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Çikaqo Outfit
Çikaqo Outfit (ing. Chicago Outfit) — Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən mafiya klanı. Klan 1910-cu ildə yaradılmışdır. Bu zamana qədər, klana 16 mafia donu rəhbərlik etmişdir. Onlardan bütün dünyada məşhur olan Al Kapone, Conni Torrio, Frenk Nitti və Pol Rikkanı misaı göstərmək olar. Hal-hazırda klana Con Di Fronzo rəhbərlik edir.
Çikaqo Universiteti
Çikaqo Universiteti (ing. Universitety of Chicago) — ABŞ-nin Çikaqo şəhərində, İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzidir. Bu universitet ABŞ-də Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. Ali məktəb özünün fərqli tədris planı və 1930-cu ildə universitetin prezidenti Robert Maynard Hatçins tərəfindən əsası qoyulmuş təhsil islahatları ilə seçilir. ABŞ-də ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb. Çikaqo Universiteti 1890-cı ildə neft maqnatı və xeyriyyəçi Con Rokfeller tərəfindən yaradılıb. 1891-ci ildə Uilyam Reyni Harper universitetin rəhbəri təyin edilib və burada ilk dərslər 1892-ci il oktyabrın 1-dən başlayıb. 1898-ci ildə universitetin nəzdində Biznes, 1902-ci ildə isə Hüquq məktəbi yaradılıb. 1906-cı ildə R. Harper vəfat edir və 1923-cü ilədək burada üç prezident dəyişir. Bu dövr ərzində universitetin nəzdində Şərq İnstitutu yaradılır.
Amsterdam birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Brüssel birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Frankfurt birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
London birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Madrid birjası
Madrid birjası — (isp. Bolsa de Madrid səhmlər və konvertasiya edilə bilən istiqrazlar və sabit gəlirli qiymətli kağızlar, həm dövlət, həm də özəl sektor borcları satan İspaniyanın dörd regional birjasının ən böyük və ən beynəlxalq (digərləri Barselona, Valensiya və Bilbaoda yerləşir). Bolsa de Madrid Bolsas y Mercados Españoles şirkətinə məxsusdur. == Quruluşu və əməliyyatları == İspaniya Fond Birjasının milli çətiri altında İspaniyanın maliyyə bazarının yenidən qurulmasına bolsas, törəmə bazarlar və sabit gəlir bazarları daxildir. Ticarət, əməliyyatların 90% -dən çoxunu həyata keçirən elektron İspan Birja Birliyi Sistemi (SIBE) ilə əlaqələndirilir; sabit gəlirli bütün aktivlər SIBE vasitəsi ilə satılır. == Tarixi == Bolsa de Madrid rəsmi olaraq 1831-ci ildə qurulub. 1993-cü ildə Bolsa de Madrid sabit gəlirli qiymətli kağızlar üçün bütün elektron ticarətə keçdi. İspaniya qanunvericiliyinin tələb etdiyi kimi, İspaniya Krallığının qanunlarına əsasən təşkil edilmiş bir şirkət olan Sociedad Rectora de la Bolsa de Valores de Madrid S. A. tərəfindən idarə olunur və idarə olunur. Madrid Fond Birjasının üzvlüyü 41 iri maliyyə qurumundan və qurulmuş 12 qiymətli dilerdən ibarətdir. 31 dekabr 2001-ci il tarixində təxminən 1477 yerli və xarici şirkət səhm qiymətli kağızlarını Madrid Birjasında siyahıya aldı.
Milan birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. 1808-ci ildə yaranmışdır.
Paris birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
İstanbul Birjası
İstanbul Birjası , ya da BİST 1985-ci ildən "İstanbul Menkul Kiymetler Borsası" olaraq fəaliyyətə başlayıb, 5 Aprel 2013-cü ildə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirərək İstanbul birjası (BIST) olaraq fəaliyyətinə davam edir. Ayrıca "Yatırıma dəyər!" rəsmi sloqan olaraq qəbul edilmişdir. 24 Fevral 2017-ci ildə yayımlanan qərarnamə ilə dövlətə aid bütün hissələrin Türkiyə Varlıq Fonduna dövr edilməsi qərarlaşdırılmışdır. 13 iyun 2017-ci il tarixində BİST 100 indeksi 100000 səviyyəsinə qədər yüksəldi. 27 iyul 2020-ci ildə indeks 23 il öncəki halına qaytarılaraq iki sıfır atılmışdır. Rəsmi qəzetin 18183 sayında 6 oktyabr 1983-cü il tarixində "Menkul Kiymetler Borsaları hakkında 91 saylı qanun hökmündə qərarnamə" yayımlandı. 6 oktyabr 1984-cü il tarixli, 18537 saylı rəsmi qəzetdə yayımlanan "Menkul Kıymetler Borsalarının Kuruluş ve Çalışma Esasları Hakkında Yönetmelik" ilə Türkiyədə menkul qiymətlər birjalarının quruluş, çalışma və birjada alqı-satqı əsasları ilə birja üzvlərinin quruluş, çalışma və məsuliyyətləri göstərilmişdir. İlk əməliyyatlar 3 yanvar 1986-cı ildə 19 hissə sənədi ilə başladı. İstanbul Birjası 3 il üçün seçilən və 9 üzvdən ibarət olan İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti sədri İdarə heyəti tərəfindən seçilir.
Əmtəə birjası
Əmtəə birjası — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. Birja onunla əlamətdardır ki, burada ticarət müntəzəm təşkil edilir, malın keyfiyyətinə, şəraitinə və tədarük vaxtına olan tələblər eyniləşdirilmiş (unifikasiya olunmuş) olur, alıcıların və satıcıların qarşılıqlı təkliflərinə, sonradan sazişlər bağlanmasına əsaslanır. Birjalar xüsusi adamların assosiasiyası kimi təşkil olunur, çox vaxt korparasiya kimi birləşmiş olur və məqsəd isə, ticarəti rahatlaşdırmaq və ucuzlaşdırmaqdır.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Çikaqo (film, 2002)
Çikaqo (ing. Chicago) — Rejissor Rob Marşallın 2002-ci ildə eyniadlı müzikl əsasında yazdığı ssenariyə çəkilmiş musiqili, kriminal film. Film 2003-cü ildə ən yaxşı film nominasiyası da daxil olmaqla 13 nominasiyada Oskara namizəd göstərilmişdir. Oliver! filmindən bəri (1968) ən yaxşı film nominasiyasında oskar qazanmış ilk müzikldır. Filmdə hadisələr 1920-ci ildə Çikaqoda baş verir. Hekayənin baş qəhrəmanı — uzun müddətdir mexanik Eymslə evli olan lakin daha böyük iddilara — məşhur olmaq, kumiri olduğu ləçər primadonna Velma Kelli kimi səhnədə parlamaq istəyən — Çikaqo şəhərinin sakini Roksi Hartdır. Lakin Roksi arzularının əksinə olaraq hər günü evdə keçirməli və sadəlöhv Eymosun işdən qayıtmasını gözləməlidir. İnsanların arasına çıxmaq üçün Roksi, onun barəsində kabare sahibi olan dostuna deməyə söz verən mebel satıcısı Freyd Keysi ilə əlaqəyə girir. Əslində heç bir dost mövcud deyildi və Keysi onu ani intriqa üçün sadəcə aldadırmış.
Çikaqo aqlomerasiya regionu
Çikaqo aqlomerasiya regionu (İngilis dilində: Chicago metropolitan area) və ya Chicagoland, ABŞ-nin Çikaqo şəhərini və ətrafını əhatə edən aqlomerasiya regionudur. Təxminən 9,4 milyon əhalisi ilə ABŞ-nin üçüncü böyük aqlomerasiya regionudur. Çikaqo aqlomerasiya regionu dörd milyondan çox işçisi və illik 561 milyard dollarlıq ümumi regional istehsalı (GRP) ilə dünyanın ən böyük və ən müxtəlif iqtisadiyyatlarından biridir. Regionda 400-dən çox böyük korporativ mərkəz vardır.